Almaniya kansleri Olaf Şolts Türkiyə ilə münasibətlərdəki son gərginlikdən sonra Brüssel və Ankaranın yaxınlaşmasına ümid etdiyini deyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Şolts Berlində keçirdiyi mətbuat konfransında Türkiyə-Avropa İttifaqı (Aİ) münasibətlərinə dair açıqlamalar verib.

O, həm Türkiyə-Aİ münasibətlərinin, həm də Türkiyə ilə Almaniya arasında yaxşı əlaqələrin inkişafı üçün çalışacağını deyib.