"Çinə ehtiyacımız var, amma Avropada Çinin də bizə ehtiyacı var".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Almaniya xarici işlər naziri Annalena Baerbock deyib.

Almaniyanın yeni Çin Strategiyası ilə bağlı "Twitter"də açıqlamalar verən Baerbock qeyd edib: "Biz Çindən ayrılmaq istəmirik, risklərimizi minimuma endirmək istəyirik. Çinlə işləmək istəyirik. Çinin də Avropada bizə ehtiyacı var".

Baerbock bunun iqtisadi inkişafa və ədalətli rəqabətə, eləcə də iqlim böhranının qarşısının alınmasına istiqamətlənmiş niyyət olduğunu və yalnız Çinlə nail oluna biləcəyinə diqqət çəkib.

Çinin son illərdə digər ölkələrdən daha sürətli dəyişdiyinə diqqət çəkən Baerbock, Çin Strategiyasının əlaqələr üçün yeni istiqamət təmin edəcəyini ifadə edib.