Alkoqol istehsalçısı "Bacardi" Rusiya-Ukrayna müharibəsininin beynəlxalq sponsoru kimi tanınıb.

İqtisadiyyat.az "Unian"a istinadən xəbər verir ki, Bermud adasında yerləşən "Bacardi Limited" şirkəti Korrupsiyaya Qarşı Mübarizə Milli Agentliyi tərəfindən müharibənin beynəlxalq sponsorları siyahısına salınıb.

Məlumata görə, şirkət Rusiya büdcəsinə əhəmiyyətli vergilər ödəməkdə, ölkə iqtisadiyyatını dəstəkləməkdə və Ukraynaya qarşı təcavüzə sponsorluq etməkdə davam edir.

 

Gözəl Həşimova