Çinin "Alibaba" şirkəti Türkiyəyə 2 milyard dollar sərmayə qoymağı planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Alibaba" şirkətinin prezidenti Maykl Evans Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı bildirib.

Evans şirkətin ölkəyə dəqiq nə vaxt investisiya qoymağı planlaşdırdığını açıqlamayıb.  Bildirib ki, şirkət Ankarada data və logistika mərkəzi, İstanbul hava limanında isə ixrac əməliyyatları mərkəzi tikməyi planlaşdırır.

Onun sözlərinə görə, "Alibaba" artıq "Trendyol" vasitəsilə Türkiyəyə 1,4 milyard dollar sərmayə qoyub.

 

Gözəl Həşimova