Avropa Komissiyası 2023-cü il makro-maliyyə yardımı proqramı çərçivəsində Ukraynaya 1,5 milyard avroluq son tranşını köçürüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen "X" sosial media səhifəsindən məlumat yayıb.

“Bu gün biz Ukraynaya 18 milyard avroluq yardım paketimizin 1,5 milyard avroluq son tranşını köçürdük”, - məlumatda deyilir.

Avropa Komissiyasının sədri əlavə edib ki, bərpa və islahatlar üçün Ukraynaya lazımi dəstəyin göstərilməsi məqsədilə razılıq əldə edilməlidir.

 

Gözəl Həşimova