Avropa İttifaqı (Aİ) Şurası İranın Kirman şəhərində 84 nəfərin həyatını itirdiyi terror aktlarını pisləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası yazılı açıqlama yayıb.

Açıqlamada terror hücumları nəticəsində çox sayda günahsız mülki şəxsin həyatını itirdiyi bildirilib və hücumun şiddətlə pisləndiyi vurğulanıb.

Həmçinin hücumda həyatını itirənlərin yaxınlarına başsağlığı verilib.