Avropa İttifaqı üzv ölkələrin vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel bəyan edib.

Borel deyib ki, şəxsi təhlükəsizlik üçün Aİ ölkələri öz vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edir.