Bu ilin ikinci rübündə Avropa İttifaqı (Aİ) ölkələrində iqtisadiyyatın bütün sahələrində korporativ iflaslar artıb. 

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bununla bağlı Avropa Statistika İdarəsi (Eurostat) 2023-cü ilin ikinci rübünə aid şirkətlərin iflas məlumatlarını dərc edib.

Hesabata görə, sözügedən dövrdə Aİ ölkələrində şirkət iflaslarının sayı əvvəlki rüblə müqayisədə 8,4 faiz artıb. Yaşayış və ictimai iaşə xidmətlərində iflas səviyyəsi 23.9 faiz, daşınma sektorunda 15,2 faiz, təhsil, səhiyyə və sosial fəaliyyət sahələrində isə10,1 faiz olub. 

İflasın ən çox müşahidə olunduğu ölkələrə Macarıstan (40,8 faiz), Latviya (24,8 faiz) və Estoniya (24,6 faiz) daxildir. 

Gülşən Şərif