"Avropa İttifaqının (Aİ) müsəlmanlara nifrətə qarşı mübarizə üçün konkret planları var. Aİ-nin müsəlman icması cəmiyyətimizin ayrılmaz hissəsidir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Avropa Birliyinin Müsəlmanlara Qarşı Nifrət və Ayrı-seçkiliklə Mübarizə üzrə Koordinatoru Marion Lisse deyib.

"Birincisi, biz müxtəlif sektorlarda, təhsil, təhlükəsizlik, immiqrasiya və bir çox digər məşğulluq sahələrində müsəlmanlara qarşı nifrət əleyhinə siyasətləri əsas istiqamətə yönəldəcəyik. Müxtəlif institutlar, vətəndaş cəmiyyəti, aktyorlar, vətəndaşlar, beynəlxalq təşkilatlarla dialoqu davam etdirəcəyik. Müsəlmanlara nifrətə qarşı maarifləndirmə işləri aparacağıq”, - diplomat qeyd edib.