Ağsuda kişi damdan yıxılaraq ölüb.

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Gursulu kəndində qeydə alınıb.

Kənd sakini, 1970-ci il təvəllüdlü Əliyev Raqif Ağaverdi oğlu həmkəndlisinin həyətindəki damda ot yığarkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.