Azad olunan Ağdamda yenidənqurma və bərpa işləri davam etdirilir. 

Aparılan işlər çərçivəsində şəhərin yeni "İmarət" stadionunun harada tikiləcəyi də bəlli olub. 

İqtisadiyyat.az xəbər verir ki, bu haqda ilk dəfə ATV kanalında yayımlanan, Əməkdar jurnalist Səadət Məmmədovanın müəllifi olduğu "Ağdam və mən" verilişində məlumat verilib. 

İşlərin gedişatı haqda Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Övsət Həmidov danışıb. Bildirilib ki, "İmarət" stadionu rayonun Sarhacılı kəndi istiqamətdində yerləşmiş Ağdamın köhnə idman kompleksinin ərazisində tikiləcək.