Ağcabədi rayonunun Təzəkənd kəndində ümumi sahəsi 140 m² olan tövlənin dam örtüyü 70 m² sahədə, tövlənin damında tikilən ümumi sahəsi 140 m² olan talvarın yanar konstruksiyaları 70 m² sahədə, talvarın altına yığılan 12 ton ot bağlamasının 7 tonu və yaxınlıqda həyətyanı sahədə yığılan 6 ton ot bağlamasının 5 tonu yanıb. 

Bu barədə İqtisadiyyat.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Tövlənin, talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.