Afrika Millətlər Kubokunda iştirak edəcək bütün komandalar müəyyənləşib.

İqtisadiyyat.az xəbər verir ki, yarışda 24 komanda mübarizə aparacaq. Fil Dişi Sahilində keçiriləcək turnir yanvarın 13-dən fevralın 11-nə qədər davam edəcək.

Afrika Millətlər Kubokunun iştirakçıları: Nigeriya, Qvineya Bissau, Burkina Faso, Kabo Verde, Kamerun, Namibiya, Misir, Qvineya, Qana, Anqola, Əlcəzair, Tanzaniya, Mali, Qambiya, Fil Dişi Sahili, Zambiya, Konqo DR, Mavritaniya, Tunis, Ekvatorial Qvineya, Mərakeş, Cənubi Afrika, Seneqal, Mozambik.