Avro-2024-ün seçmə mərhələsi çərçivəsində İrəvanda keçirilən Ermənistan-Xorvatiya matçında meydan sahibləri təxribata əl atıblar.

Oyunun ilk hissəsinin sonlarına doğru meydanda dronla Qarabağdakı qondarma rejimin “bayrağı” uçurdulub.

İqtisadiyyat.az xəbər verir ki, məsələ ilə əlaqədar AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli öz sosial media hesablarında paylaşım edib. O, hadisə ilə bağlı AFFA-nın UEFA-ya müraciət edəcəyini bildirib.