"Neftçi”nin baş məşqçisi Adrian Mutu Rusiyada Moskva “Spartak”ına qarşı keçirəcəkləri yoxlama oyunu barədə danışıb.

İqtisadiyyat.az xəbər verir ki,rumıniyalı mütəxəssis “Sport-express”-ə açıqlamasında rəqibin bir neçə oyununu izlədiyini deyib:

“Spartak”la oyunda nəticə qədər fiziki formamız da bizim üçün əhəmiyyətlidir. Rəqibin bir neçə oyununu izləmişəm. Necə oynadıqlarını, hansı potensiala sahib olduqlarını bilirəm. Bu, əla komandadır, üstəlik, böyük büdcələri var. Amma öz oyunumuzu düşünməliyik. Hələ üzərində işləməli olduğumuz çox şey var. Bizi futbolçularımızın formaya düşməsi maraqlandırır. Yaxşı matç olacaq. Qarşılaşmanın hər dəqiqəsindən ən yaxşı şəkildə yararlanmağa çalışacağıq. Son günlərdə üzərində işlədiyimiz plana saqiq qalmağımız vacibdir. Hər şey yaxşı olacaq”.

Bu gün keçiriləcək “Spartak” – “Neftçi” oyunu saat 21:00-da başlayacaq.