Rumıniyanın "Rapid" klubunun yeni baş məşqçisi məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, Buxarest təmsilçisinin sükanı Kristiano Berqodiyə tapşırılacaq. Bu barədə Rumıniya mətbuatı məlumat yayıb. 58 yaşlı mütəxəssislə yaxın günlərdə müqavilə imzalanacaq.

"Rapid" də bir neçə gün əvvəl baş məşqçi Adrian Mutu istefa verib. "Neftçi" ilə anlaşdığı iddia edilən 44 yaşlı mütəxəssis klubla müqaviləsini ləğv edib və "ağ-qaralar"la sözləşmə imzalayacaq.