Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana Demirspor" klubunda yeni baş məşqçi təyinatı baş tutub.

İqtisadiyyat.az xəbər verir ki, Adana təmsilçisi türkiyəli baş məşqçi Hikmət Karamanla 1,5 illik müqavilə imzalayıb. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

63 yaşlı baş məşqçi son olaraq "Kayserispor" klubunu çalışdırıb.