"Adana Dəmirspor" "Fənərbağça"nın və "Mançester Yunayted"in keçmiş ulduzu Luis Nani ilə anlaşıb. Nani Adana təmsilçisi ilə müqavilə imzalamaq üçün İstanbula gəlib.

İqtisadiyyat.az xəbər verir ki, 2015-2016 mövsümündə "Fənərbaxça"da çıxış edən Luis Nani mövsümün sonunda 12 qol və 13 məhsuldar ötürmə etmiş və 8,5 milyon avro qarşılığında Valensiyaya transfer olmuşdu.

Karyerasında "Sportinq", "Mançester Yunayted", "Fənərbağça", "Valensiya", "Latsio", "Orlando", "Venesiya" və "Melburn"da forma geyinən 36 yaşlı sol cinah hücumçusu ümumilikdə 569 oyuna çıxıb, 123 qol vurub, 143 məhsuldar ötürmə edib.

112 dəfə Portuqaliya millisinin formasını geyinən Luis Nani 23 qol vurmağı bacarıb.

Son olaraq "Melburn"da çıxış edən və hazırda azad agent olan uğurlu futbolçu 2022/23 mövsümündə oynadığı 10 matçda 2 məhsuldar ötürmə edib.