Türkiyəli teleaparıcı Acun Ilıcalı “Hall Siti”dən sonra başqa bir futbol klubuna sahib çıxmaq niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, söhbət İrlandiya klubu "Dundalk" FK-dan gedir. İrlandiya mətbuatı da bununla bağlı xəbər yazaraq tərəflər arasında danışıqların getdiyini bildirib. Xəbərdə qeyd olunur ki, A.Ilıcalı "Dundalk" FK-nı almaq və gənc futbolçulara burada oynamaq şansı verməyi planlaşdırır. Teleaparıcı bu xəbəri təsdiqləyəcək addım atıb. Belə ki, iş adamı İrlandiya Premyer Liqasının 2-ci həftəsində "Bohemians" - "Dundalk" FK matçını tribunadan canlı izləyərkən görüntülənib.