“TV 8" kanalının rəhbəri, məşhur iş adamı Acun Ilıcalı bu dəfə İrlandiya Liqası komandalarından olan "Şelburn FC"nin əksər səhmlərini alıb.

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, bu barədə Acun Ilıcalı sosial şəbəkə hesabında yazıb.

Sözügedən paylaşımı təqdim edirik:

"Hall Siti ilə başlayan futbol sərmayələrimiz İrlandiya Premyer Liqasının ən köhnə və köklü klublarından biri olan "Şelburn FC"nin əksər hissələrinin alınması ilə davam edir. Məqsədimiz "Şelburn FC" ilə birlikdə avrokuboklarda iştirak etmək, əhəmiyyətli uğurlar qazanmaq və bir çox istedadlıları dünya futboluna gətirməkdir. Biz İrlandiya futboluna, klubun potensialına və azarkeşlərimizə inanırıq".

Qeyd edək ki, klubun məşqçisi İrlandiya futbolunun əfsanəvi adlarından biri olan Damien Duffdur. "Shelbourne FC"nin muzeyində 13 İrlandiya Çempionatı, 7 İrlandiya FAI Kuboku, 20 Leinster Böyüklər Kuboku və 1 İrlandiya Liqa Kuboku var.