ABŞ Ukraynaya 1,3 milyard dollardan çox əlavə yardım vəd edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Londonda keçirilən Ukraynanın bərpası üzrə konfransda çıxış edən ABŞ dövlət katibi Entoni Blinken deyib.

Onun sözlərinə görə, müharibədən əziyyət çəkən Ukraynanın enerji və infrastruktur ehtiyacları üçün 1,3 milyard dollardan çox əlavə yardım ayırılacaq: "Rusiya Ukraynada dağıntılar törətməyə davam etdikcə, biz Ukraynanı, Ukraynadakı həyatı, bu ölkəni yenidən bərpa etmək üçün buradayıq".