"ABŞ administrasiyası, Konqres Ukraynaya yeni yardımı təsdiq edərsə, ilk növbədə Kiyevi əlavə hava hücumundan müdafiə sistemləri ilə təmin etmək istəyir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

"Ukrayna üçün gözlədiyimiz və alacağımıza ümid etdiyimiz əlavə maliyyə ilə üstünlük hava hücumundan müdafiə imkanlarına veriləcək. Hava hücumundan müdafiə sistemi bu siyahının başında olacaq", - Kirbi bildirib.