ABŞ 2001-ci ildən 2023-cü ilə qədər ən çox Əfqanıstana yardım ayırıb.

İqtisadiyyat.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu siyahıda Ukrayna ikinci yeri tuta bilər.

Belə ki, Vaşinqton Ukraynaya daha 61,3 milyard dollar ayırsa, ölkə Əfqanıstandan sonra ABŞ-dən ən çox yardım alan ikinci ölkə olacaq.

Məlumata görə, ABŞ-nin 2001-2023-cü illərdə Ukraynaya yardımının ümumi məbləği təxminən 91,7 milyard dollar, İsrailə isə 77,4 milyard dollar təşkil edəcək.

 

Gözəl Həşimova