ABŞ Konqresinin Senatı eynicinsli və irqlərarası nikah hüququnu federal səviyyədə təsbit edən qanun layihəsini təsdiqləyib.

İqtisadiyyat.az Reuters-a istinadən xəbər verir ki, qanun layihəsini 61 senator, o cümlədən 12 respublikaçı dəstəkləyib. 36 qanunverici sənədin əleyhinə çıxıb.

Sənəd Nümayəndələr Palatası tərəfindən təsdiqlənməlidir, bundan sonra qanun layihəsi imzalanmaq üçün ABŞ prezidenti Co Baydenə təqdim olunacaq.

Qeyd edək ki, Co Bayden artıq bunu təsdiq edəcəyinə söz verib.

Məhəbbət Məmmədov