ABŞ prezidenti Co Bayden NATO sammitində iştirak etmək üçün Litvada səfərdədir.

İqtisadiyyat.az xəbər verir ki, onu hava limanında Litva prezidenti Gitanas Nauseda qarşılayıb.

Məlumata görə, ABŞ və Litva prezidentlərinin çərşənbə axşamı üçün danışıqları planlaşdırılıb.

Qeyd edək ki, ABŞ prezidentləri tarixində Litvaya ikinci səfərdir. Bundan əvvəl ABŞ-nin keçmiş prezidenti Corc Buş 2002-ci ildə bu ölkəyə səfər edib.