ABŞ-nin Respublikaçı senatoru Lindsey Graham Türkiyənin İsveçin NATO-ya üzvlük protokolunu parlamentə göndərəcəyi ilə bağlı açıqlamasından məmnun olduğunu ifadə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə senator Tvitter hesabında yazıb. 

"Türkiyənin NATO-ya verdiyi töhfəni yüksək qiymətləndirirəm", deyə o, qeyd edib.

Senator NATO-nun hər zamankından daha dəyərli olduğunu qeyd edib və Rusiya prezidenti Vladimir Putinin NATO-nu məhv etmək səylərinin böyük ölçüdə nəticəsiz qaldığını vurğulayıb.