ABŞ-nin maliyyə naziri Janet Yellen ikitərəfli əlaqələr və iqlim dəyişikliyi kimi bir çox mövzunun müzakirə edildiyi Çinə dörd günlük səfərə başlayıb.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, Yellenin dörd günlük səfəri zamanı yüksək səviyyəli Çin rəsmiləri ilə müxtəlif ikitərəfli məsələləri müzakirə edəcəyi gözlənilir.

Yerli Çin mətbuatının yazdığına görə, Yellen ABŞ-nin maliyyə naziri kimi ilk dəfə Çinə səfər edir.

Yellen həmçinin iqlim dəyişikliyi, inkişaf etməkdə olan bazarlar və inkişaf etməkdə olan iqtisadiyyatlarda borc problemləri kimi məsələləri də qaldıracaq.

Xatırladaq ki, ABŞ və Çin arasındakı münasibətlər son illərdə Tayvan, çip ticarəti, Çin casus balonlarının ABŞ ərazisi üzərində uçması iddiaları kimi məsələlərə görə gərginləşib.