ABŞ-ın Havanadakı səfirliyi 2017-ci ildən dayandırdığı viza və konsulluq xidmətlərini bərpa edib.

İqtisadiyyat.az xəbər verir ki, ABŞ-ın Havanadakı səfirliyindən Associated Press (AP) xəbər agentliyinə edilən şərhdə, 4 yanvar 2023-cü il tarixindən etibarən viza və konsulluq xidmətlərinin bərpa olunduğu bildirilib.


2017-ci ildə diplomatik personal arasında yayılan və səbəbi müəyyən edilə bilməyən xəstəlikdən sonra Kubanın paytaxtında diplomatik personalının sayını azaldan və konsulluq xidmətlərini dayandıran ABŞ viza və konsulluq prosedurları ilə bağlı yeni addım atıb.

Ailə üzvlərinin, ABŞ-da olanların və lotereya ilə “Yaşıl Kart” almaq hüququ qazananların əməliyyatlarına üstünlük veriləcəyi vurğulanaraq, digər immiqrant vizalarının da rəsmiləşdiriləcəyi bildirilib.