İŞİD lideri Usamə əl-Muhacir öldürülüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. 

Məlumata görə, cümə günü Suriyanın şərqində hava hücumu təşkil edilib. Hücum nəticəsində İŞİD terror təşkilatının lideri Usamə əl-Muhacir öldürülüb.

"Bölgədə İŞİD-i məğlub etmək əzmində olduğumuzu açıq şəkildə bildirdik. İŞİD təkcə region üçün deyil, regiondan çox-çox kənarda da təhlükə yaradır", - CENTCOM-un komandiri general Michael Erik Kurilla deyib.

CENTCOM-dan verilən açıqlamada, hücumun Rusiya təyyarələrinin təqib etdiyi MQ-9 pilotsuz uçuş aparatı ilə həyata keçirildiyi bildirilib:

"Hücum zamanı mülki vətəndaşlardan ölüm halı ilə bağlı heç bir məlumat yoxdur. Bir mülki vətəndaşın yaralanması ilə bağlı xəbərlər yayılıb ki, bu fakt araşdırılır. Hücum İŞİD-in terror hücumlarını planlaşdırmaq və həyata keçirmək imkanlarını pozacaq və azaldacaq.

Bununla belə, CENTCOM-un İraq və Suriyadakı müştərək qüvvələrlə birlikdə İŞİD-ə qarşı əməliyyatları təşkilatı daimi məğlubiyyətə uğratmaq məqsədi ilə davam edəcək. Cümə günü hücum Rusiya təyyarələri tərəfindən təqib edilən MQ-9 tərəfindən həyata keçirilib".