ABŞ-ın Cənubi Dakota ştatında hökumət işçilərinə Çinin TikTok video paylaşma platformasına hökumətə məxsus cihazlardan daxil olmaq qadağan edilib.

Cənubi Dakota qubernatoru Kristi Noem mövzu ilə bağlı açıqlama verib.

Açıqlamada TikTok-un Çin Kommunist Partiyası üçün məlumat topladığı iddia edilərək, milli təhlükəsizliyə artan təhdid olduğu bildirilib.

Qeyd edək ki, qadağa tezliklə qüvvəyə minəcək.