ABŞ-ın ötən ay büdcə kəsiri 240,348 milyard dollardan 227,8 milyard dollara enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin hesabatında deyilir.

Məlumata görə, ABŞ-ın dövlət xərcləri illik ifadədə 17,6% artaraq 646,085 milyard dollar, gəlirləri isə 9,2% azalaraq 418,317 milyard dollar təşkil edib. Analitikin fikrincə, 2025-ci ildə ABŞ milli borc tavanı məsələsi ilə üzləşəcək. Bu da öz növbəsində dollara və ABŞ qiymətli kağızlarına inamın azalması ilə nəticələnəcək.

 

Gözəl Həşimova