ABŞ prezidenti Co Bayden administrasiyası Qırmızı dənizdə gəmiçiliyə artan hücumlar fonunda Yəməndəki Husi üsyançılarının hədəflərinə zərbələr endirmək də daxil olmaqla, bütün variantları müzakirə etmək üçün Ağ Evdə görüş keçirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "NBC News" rəsmi mənbələrinə istinadən məlumat yayıb.

İclasa Prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisinin baş müavini Conatan Fayner sədrlik edib.

Hələlik Ağ Ev hərbçilərin Yəmən üsyançılarına qarşı zərbələr endirmək üçün hazırladığı variantların heç birini təsdiq etməyib. Mənbələr qeyd edib ki, ABŞ ordusu Vaşinqtondan daha qətiyyətli addım atmasını istəyir.