ABŞ-ın idarə olunan raket döyüş gəmisinin Tayvan boğazından keçdiyi bildirilib.

ABŞ Hərbi Dəniz Qüvvələri məsələ ilə bağlı bəyanat yayıb.

"Gəminin Tayvan boğazından keçməsi ABŞ-ın azad və açıq Hind-Sakit okean hövzəsinə sadiqliyinin göstəricisidir. ABŞ silahlı qüvvələri beynəlxalq hüququn icazə verdiyi yerdə uçmağa, üzməyə və fəaliyyət göstərməyə davam edəcək", - bəyanatda deyilir.

Çin Xalq Azadlıq Ordusunun (ÇXR) şərq sahil bölgələrinə cavabdeh olan Şərq Cəbhəsi Komandanlığı da gəmini təsbit etdiklərini, keçidini izlədiklərini və həyəcan vəziyyətində olduqlarını bildiriblər.