"ABŞ prezidenti Co Bayden qərar verib ki, Vaşinqton hələlik ATACMS taktiki raketlərini Kiyevə ötürməyəcək, lakin Amerika lideri gələcəkdə belə tədarük imkanlarını nəzərdən keçirəcək". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“Prezident mütəmadi olaraq həm ölkəsinin hərbçiləri ilə, həm Avropadakı həmkarları və ukraynalıların özləri ilə müharibənin bu və ya digər mərhələsində döyüş meydanında nə tələb olunduğu, ABŞ-nin nə təmin edə biləcəyi barədə danışır”, - Sullivan əlavə edib. 

Qeyd edək ki, ABŞ tərəfi Ukraynanın hava hücumundan müdafiə qabiliyyətini artırmaq məqsədilə yeni hərbi yardım paketi ayıracağını bildirib.