ABŞ dövlət katibi Antoni Blinken yanvarın 6-da Türkiyəyə səfər edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı  Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidana istinadən məlumat yayıb.

Telekanal qeyd edib ki, qarşıdan gələn danışıqların gündəliyinə Qəzzada nizamlanma, regional məsələlər, NATO-nun genişlənməsi və ikitərəfli əlaqələr, o cümlədən Türkiyəyə F-16 qırıcılarının satışı daxildir.