ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşmək üçün İstanbula gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, Blinkeni hava limanında Xarici İşlər Nazirliyinin ABŞ-dən məsul ikitərəfli siyasi məsələlər üzrə baş direktoru, səfir Yaprak Balkan, ABŞ-nin Ankaradakı səfiri Cefri Fleyk, ABŞ-nin İstanbuldakı baş konsulu Julie Eadeh, İstanbul Hava Limanı Mülki Administrasiyasının rəisi İlker Haktankaçmaz və digər rəsmi şəxslər qarşılayıblar.

Xarici işlər naziri Fidan ilə amerikalı həmkarı arasında sabah İstanbulda keçiriləcək görüşlərdə İsrailin Qəzzaya hücumları, regional məsələlər və ikitərəfli münasibətlərin müzakirə ediləcəyi gözlənilir.