"İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) Fars körfəzində beynəlxalq sularda ticarət gəmisini zorla ələ keçirib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

ABŞ 5-ci Donanmasının sözçüsü komandir Tim Hawkins, ələ keçirilən gəminin qaçaqmalçılıq etdiyini düşündüyünü bildirib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin vəziyyəti izlədiyini və ələ keçirməyə müdaxilə etməmək qərarına gəldiyini bildirən Hawkings, ABŞ qüvvələrinin həyəcan vəziyyətində olduğunu və Yaxın Şərqin kritik sularında qanuni dəniz nəqliyyatı hüququnu qorumağa hazır olduğunu qeyd edib.

Sözügedən gəminin qəza çağırışı etmədiyi diqqətə çatdırılıb və qaçaqmalçılıq iddialarının böyük ehtimalla doğru olduğu təxmin edilib.