BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-də səfərdə olan İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-nin keçmiş dövlət katibi (1973-1977) Henri Kissincerlə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Netanyahu "X"də paylaşım edib.

"Bu gün mən zəmanəmizin ən böyük dövlət xadimlərindən biri Henri Kissincerlə görüşdüm və onun çoxillik təcrübəsindən, bənzərsiz müdrikliyindən bir daha nələrsə öyrəndim. Təşəkkür edirəm, Henri", - baş nazir yazıb.

Görüşün təfərrüatları barədə məlumat verilməyib.