Həftələrlə yağan yağışın səbəb olduğu daşqınlar ABŞ-nin Ayova ştatının bəzi yerlərində insanları evlərini tərk etməyə məcbur edib, ABŞ-nin böyük hissəsi isə fövqəladə istidən xilas olmağı gözləyir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. 

Yerli vaxtla səhər saat 2:00-da ştatın 4200 nəfərlik Rok Vadisi qəsəbəsində siren səsləri eşidilib və Rok çayı yağışlara tab gətirə bilmədiyi üçün daşıb, yüzlərlə sakin təxliyə edilib. Quyular yararsız hala düşdüyündən şəhərdə su xətti işləməyib.

Bələdiyyə sədri Kevin Van Otterlo bildirib ki, kömək üçün vertolyot göndərilib, lakin qayıqlar geri çağırılıb.

Amerika Birləşmiş Ştatlarının başqa yerlərində də qızmar istidir. Milli Meteoroloji Xidmət təxminən 15 milyon insanın yüksək temperatur xəbərdarlığı altında olduğunu, ən yüksək səviyyəli xəbərdarlıq elan edildiyini və daha 90 milyon insanın oxşar xəbərdarlıq aldığını bildirib.

Ekspertlərin fikrincə, keçən il ABŞ-də 1936-cı ildən bəri ən isti il ​​olub.