ABŞ-da son gündə 226 274 nəfər yeni növ koronavirusa yoluxub.

“RİA Novosti” xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının, habelə medianın və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində ABŞ-da 1 663koronavirus xəstəsi ölüb.

Ümumilikdə pandemiyanın başlanğıcından bəri ABŞ-da 18,9 milyondan çox koronavirusa yoluxma hadisəsi aşkar edilib, 331 mindən çox insan COVID-19 -un qurbanı olub.