ABŞ-da əlverişsiz hava şəraiti səbəbilə hava limanlarından 4000-dən çox daxili və beynəlxalq uçuş təxirə salınıb.

İqtisadiyyat.az "Flight Aware"yə istinadən xəbər verir ki, 4 İyul Müstəqillik Günü bayramı öncəsi yaşanan intensivlik həyata mənfi təsir göstərib.

Məlumata görə, minlərlə sərnişin hava limanlarında qalıb, 4165 reys gecikib və 131 reys təxirə salınıb.

Əlavə edək ki, ABŞ-ın şərqində tufanlı hava müşahidə edilir.