Birləşmiş Ştatlar İsveç və Fransaya ümumi dəyəri 800 milyon dollardan çox olan "hava-hava" və "hava-yer" tipli raketlər vermək niyyətindədir.

İqtisadiyyat.az bildirir ki, Dövlət Departamenti və Pentaqonun məlumat yayıb.

Dövlət Departamenti İsveç hökumətinə 605 milyon dollar dəyərində AMRAAM (Qabaqcıl Ortamənzilli Havadan Havaya Raketi) raketləri və müvafiq avadanlıqların mümkün satışını təsdiqləmək barədə qərar qəbul edib.

Fransa ilə bağlı isə "AGM-114R2 Hellfire" hava-yer tipli raketlərin və 203 milyon dollar dəyərində əlaqəli avadanlıqların tədarükü üçün icazə verilib.