ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “B-1B Lancer” strateji bombardmançı təyyarəsi Cənubi Dakotadakı “Ellsworth” bazasına enməyə cəhd edərkən qəzaya uğrayıb.

Bu barədə İqtisadiyyat.az “ABC News”a istinadən xəbər verir.

Təyyarədə 4 pilotdan ibarət ekipajın olduğu bildirilib.

Qeyd edək ki, qəza təlim uçuşu zamanı baş verib və təlim zamanı pis hava şəraiti və şiddətli şaxta olub.

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.