Fotosunu gördüyünüz ounçu İngiltərə futbol tarixinə düşmüş adamdır. 29 yaşlı Pelli-Ruddok Mpanzu ötən həftə İngiltərə Premyer Liqasında debüt etməklə missiyasını tamamladı.

İqtisadiyyat.az xəbər verir ki, “Luton”un futbolçusu uzun illər təkrarlanmayacaq rekorda sahib oldu. Eyni komanda ilə 5-ci liqadan ən üst liqaya yüksələn tarixdəki ilk futbolçu bunu 29 yaşında bacardı. 9 il ərzində 4 dəfə böyük uğurun sahibi oldu, bir liqadan digərinə yüksəldi bə 300-dən çox oyun keçirdi.

O, “Luton”a gələndə komanda əhaliyə açıq olan bir parkda məşq edirdi, indi isə “Old Trafford”, “Enfild”, “Etihad”, “Emirates” və digər məşhur stadionlardaa top qovacaq.

Konqo əsilli dayaq yarımmüdafiəçisi 2013-cü ildən “Luton”dadır. “Vest Hem”in uşaq komandasından icarəyə götürülən, bir il sonra birdəfəlik alınan Mpanzunun “Luton”la anlaşması gələn yay bitəcək