İşğaldan azad olunmuş Talış kəndində 30 il sonra ilk dəfə Qurban bayramı keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov tvitter hesabında paylaşım edib.

“İşğaldan azad olunmuş Talış kəndində 30 ildən sonra ilk dəfə Qurban bayramı keçirilib. Bayram münasibətilə qurbanlar kəsilmiş, əhaliyə paylanmışdır”, - E.Hüseynov yazıb.