21-ci əsrdə ən çox penalti qolu vuran futbolçuların siyahısı açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, siyahıya Portuqaliya millisinin və "Əl-Nəsr" klubunun üzvü Kriştianu Ronaldo başçılıq edir. Onun aktivində 149 penalti qolu var.

Siyahının ikinci pilləsində isə argentinalı ulduz futbolçu Lionel Messi yer alıb. Messi karyerasında 108 penalti qolu vurub.

Zlatan İbrahimoviç 84 penalti qolu ilə siyahının 3-cü pilləsində qərarlaşıb. 

Karyerasında yalnız "Roma"da forma geyinmiş Françesko Totti isə 76 penalti qolu ilə dördüncüdür.

İlk 20-likdə yer alan futbolçuların siyahısı aşağıdakı kimidir.