Klub futbolu yay tətilinə çıxdığına inanlar bir müddət futbol üçün darıxacaq. Lakin bu həsrət uzun çəkməyəcək. Çünki iyulda bizi böyük turnir gözləyir.

İqtisadiyyat.az xəbər verir ki, 2023 FİFA Qadınlararası Dünya Çempionatı üçün geri sayım başladı. Böyük həyəcanla gözlənilən qadınlar arasında dünya çempionatının nə vaxt və harada keçiriləcəyi maraq doğurur.

 Futbol azarkeşləri qadınlar arasında dünya çempionatı üçün axtarışlarını sürətləndirib. Turnirin təfərrüatları məlum olub. 2023 Qadınlararası Dünya Kuboku birdən çox ev sahibi ölkənin iştirak etdiyi ilk FIFA Qadınlar Dünya Kuboku olacaq.

Bu il 9-cu dəfə keçiriləcək turnirdə 32 komanda iştirak edəcək.

 ABŞ son iki mundialın qalibi olub. Qadınlar arasında 2023-cü il dünya çempionatının açılış matçında Yeni Zelandiya Norveçlə qarşılaşacaq.

2023 FIFA Qadınlararası Dünya Kuboku 2023-cü ilin 20 iyul - 20 avqust tarixlərində keçiriləcək.

2023 FİFA Qadınlararası Dünya Çempionatına Avstraliya və Yeni Zelandiya ev sahibliyi edəcək.