2022-ci ildə İspaniyada 1869 nifrət cinayəti törədilib ki, bu da bir il əvvəllə müqayisədə 3,2 faiz çoxdur.

İqtisadiyyat.az xəbər verir ki, İspaniyanın daxili işlər naziri Fernando Qrande Marlaska bu gün mətbuata “2022-2024-cü illər üçün Nifrət Cinayətlərinə Qarşı Mübarizə üzrə 2-ci Fəaliyyət Planı”nı təqdim edib.

Açıqlanan 2022-ci il statistikasına görə, irqçilik və ksenofobiya ümumi nifrət cinayətindən 755-i təşkil edib.

Nifrət cinayətlərində ən böyük artım yüzdə 76,6 ilə gender ayrı-seçkiliyinə əsaslanıb.

Nifrət cinayətlərinə ən çox məruz qalan xarici vətəndaşların isə Mərakeş, Kolumbiya və Seneqal əsilli olduğu qeyd edilib.