Fransadan traktoru ilə dünya turuna çıxan 53 yaşı Mare Jardin, Türkiyənin Təkirdağ vilayətindən keçib. Fransalı turist görənlərin marağına səbəb olub.

İqtisadiyyat.Az türk mediasına istinadən xəbər verir ki, 53 yaşlı fransız Mare Jardin, 1958-ci il “Massey Ferguson” model traktoruna qoşqu əlavə edərək dünya turuna çıxıb. Avropa ölkələrindən keçib Türkiyəyə çatan fransalı turist Təkirdağ vilayətinin Malqara rayonunda bir küçədən keçib. Yerli sakinlər xarici turistə səmimi münasibət göstərib və xatirə fotoları çəkdiriblər.

Öz traktoru ilə dünya turunu xəyal edən Mare Jardin, “Fransadan uzun bir yola çıxdım. Bir çox ölkə görmək fürsətim olur. Hazırda Türkiyədəyəm və buranın çox gözəl havası var. Macəra və zövq dolu səyahətimi Hindistanda bitirəcəm. Oraya gedib çatmaq və Fransaya geri dönmək isə 1 ili əhatə edəcək. Traktora əlavə etdiyim qoşquda həm yeyirəm, həm yatıram” deyə danışıb. Mare Jardin qoşquda çəkdiyi xəritədə Fransadan Hindistana səyahəti zamanı keçəcəyi ölkələri göstərib.

Mehman Nəbiyev