San Marino milli komandası 1990-cı ildən bu yana keçirdiyi 193 oyunda cəmi 1 qələbə qazanıb.

İqtisadiyyat.az xəbər verir ki, futbol üzrə Avropa Çempionatının seçmə mərhələsində ilk rəsmi matçını 1990-cı ildə İsveçrəyə qarşı keçirən və 4-0 hesabı ilə məğlub olan San Marino milli komandası 1990-cı ildən bu yana keçirdiyi 193 matçda cəmi 1 qələbə, 9 heç-heçə və 183 məğlubiyyət əldə edib.

2004-cü ildə Lixtenşteynlə keçirdiyi yoldaşlıq görüşündə ilk və son qələbəsini 1:0 hesabı ilə qazanan San Marino bu görüşdən sonra heç bir görüşdə qələbə ilə tanış ola bilməyib.

Nəhayət, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin H qrupunun ilk oyununda San Marino Şimali İrlandiyaya 2:0 hesabı ilə uduzdu və qələbə həsrəti 129 matça yüksəldi.

Geridə qalan yarışlarda: 5 heç-heçə və 129 məğlubiyyət alan "Göy-ağlar" milli komanda tarixində 17 dəfə qol sevinci yaşayıb, 536 dəfə qapılarında qol görüb.

San-Marino ən fərqli məğlubiyyətini isə 2006-cı il Avropa çempionatının seçmə mərhələsində  13-0 hesabla Almaniyaya qarşı olub.